Layihə haqqında

Onlara sevgi ilə yanaşdıqda, görəcəkləri işlərin sərhədi yoxdur. Necə ki, adları ilə əsrlərdir şanlı tariximizin səhifələrini bəzəyirlər. 

Qadın adına” layihəsi Kapital Bank-ın dəstəyi ilə həyata keçirilən və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təqdimat olunan korporativ sosial məsuliyyət təşəbbüsüdür. Layihə adlarını tariximizə, ədəbiyyatımıza, musiqimizə, incəsənətimizə, teatrımıza, tibbimizə, bir sözlə, ictimai fəaliyyəti ilə örnək olan qadınlarımızı əhatələyir. Hansı ki, adları adları məktəblərə, kitabxanalara və küçələrə verilib...

Bakı, Şəki, Gəncə və Sumqayıtda qadın adını daşıyan küçələrdə yerləşdirilən məlumat lövhələri həmin şəxslər haqqında informasiyanı və hər biri üçün xüsusi diqqətlə hazırlanmış fərdi çağırış sloqanını özündə birləşdirir. Lövhələrin aşağısında yerləşdirilmiş QR-kodlar isə hər kəsi bu sayta yönləndirərək “Şərəf lövhəsi”nin hər bir üzvü ilə tanışlığa gətirib çıxarır. “Şərəf lövhəsi”nin hazılanmasında və bioqrafik məlumatların toplanmasında əməyi keçən hər kəsə təşəkkür edirik. Müxtəlif saytlardan, məqalələrdən, kitablardan topladığımız məlumatları bir mənbədə əlçatan etmək qərarına gəldik.

Şərəf lövhəsi” Bakı, Şəki, Gəncə və Sumqayıtda adlarına küçə olan xanımları əhatələyir. Layihənin əsas məqsədi isə lövhəmizin üzvlərinin sayını artırmaqdan ibarətdir. Kapital Bank olaraq bütün qadınlarımıza demək istəyirik ki:

Sizə uğurlu qərarlarla, istedadlı işlərlə, cəsur addımlarla və tükənməz sevgi ilə yadda qalacaq həyat yolu arzulayırıq.

Şanlı tariximizin səhifələrində sizin də adınızı görməyimiz diləyi ilə...